19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi (U-19) yanvarın 27-dən 29-na qədər Bakıda təlim-məşq toplanışında olacaq.
Arena.az xəbər verir ki, millimiz yanvarın 30-dan fevralın 6-na qədər də Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışı keçirəcək.
U-19 millimiz Minskdə hazırlıq zamanı fevralın 2-də və 5-də Belarusun U-19 yığması ilə iki yoxlama oyunu keçirəcək.
Təlim-məşq toplanışına dəvət olunan futbolçuların siyahısını təqdim edirik:
- Mehriban Şahməmmədova – Neftçi
- Güləsər İsmailova – Gömrükçü
- Aydan Əkbərova – Baku Juniors
- Aysel Ziyadova – Qəbələ
- Ülviyyə İslamova – İnter Xaçmaz
- Pərişan Abdullayeva – Baku Juniors
- Səma Həsənli – Qəbələ
- Vahidə Əlipaşayeva – Baku Juniors
- Fatimə Əhmədova – Baku Juniors
- Aydan Həsənova – Neftçi
- Məsumə Nəzərli – Neftçi
- Röya Əliyeva – Baku Juniors
- Mədinə Curuqova – Sabah
- Mədinə Qadimaliyeva – Sumqayıt
- Aysu Murtuzayeva – Neftçi
- Aysel Cumayeva – Balxurma
- Lalə Abbaszadə – Neftçi
- Günel Muradova – Qəbələ