Bakı. Trend:
Talassemiyalı uşaqlar üçün toplanmış vəsaiti dələduzluq yolu iləələ keçirməkdə təqsirləndirilən Nuridə Seyidova, Aynur Bayramova vəAysel Məmmədovanın cinayət işi üzrə məhkəmənin növbəti prosesikeçirilib.
Trend xəbərverir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovunsədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Aynur Bayramovanınvəkilləri yenə iştirak etməyib.
Hakim Azad Məcidov buna irad bildirib: "TəqsirləndirilənA.Bayramovanın üç vəkili var, amma heç biri iştirak etmir. Bunasəbəb də bildirməyiblər. Bura insanlar rayondan gəlir. Vəkillərinəde ki, məsuliyyətli olsunlar".
Bu səbəbə görə prosesə fasilə verilib.
Daha sonra vəkil prosesə qatılıb və gecikdiyi üçün üzr istəyib.Sədr vəkilə vaxtında gəlmədiyi üçün irad bildirib.
Daha sonra zərərçəkən Ramin Dadaşov ifadə verib.
O bildirib ki, bir övladı talassemiya xəstəliyindən dünyasınıdəyişib:
"Daha sonra ikinci uşağım dünyaya gəldi. Onda da talassemiyaxəstəliyi tapıldı. Aysel Məmmədovayla danışıb, vəziyyəti izahetdim. Dedi ki, əməliyyat üçün 80 min dollardan artıq vəsaitlazımdır. Daha sonra qohumum Mayis Bayramova 30 min dollar verdimki, Nuridəyə versin. O, 30 min dollar pulu Toğrulun yanındaNuridəyə vermişdi. Mayisin oğlu da xərçəng xəstəsi idi. Bu səbəbdənNuridəgili tanıyırdı. Daha sonra talassemiya qrupunda Nuridəninölkədən qaçdığı barədə məlumat oxudum. Ayseldən soruşanda dedi ki,Nuridə həbs olunub. A.Məmmədovanın dayısı mənə 15 min manatqaytarıb. Hazırda hər iki şəxsdən qalan 36 min manatı tələbedirəm".
Zərərçəkən Kəmalə Nuriyeva xəstə övladını Tallesimiya mərkəzindəqan köçürməyə apararkən yardım edən şirkətlə bağlı xəbərlər eşidibvə orada Aynur Bayramova ilə tanış olub: " A.Bayramova mənə yardımedəcəyini söylədi. Bir müddət sonra zəng edib donorun tapıldığınısöyləyib məni o qədər sevindirdi ki, elə bildim yenidən dünyayagəlmişəm. Düşünürdüm ki, o, bir mələkdi. Dedi ki, 93 min dollardonorun qiymətidir. Lakin, aksiya var, 20 min dollar versəmkifayətdir. Nəyim var satdım. Tək anayam və o, tək övladımdır deyəbütün qohumlarım mənə pul göndərdi. Mən hazırda bu pulu AynurBayramova və Nuridə Seyidovadan tələb edirəm".
Zərərçəkən Solmaz Eyvazova bildirib ki, o, xəstə nəvəsinə donoraxtarıması üçün Aysel Məmmədovaya 6800 manat pul ödəyib. Bir müddətsonra isə uşaqların müalicə üçün göndərilməsi ilə məşğul olduğunuiddia edən Aynur Bayramova ilə tanış olub: "Çinar Plazadatəqsirləndirilən hər üç şəxs ilə bu məsələni danışdım. AyselMəmmədova məndən 30 min dollar pul istədi. Aynur Bayramova isə 15min dolların kifayət edəcəyini dedi. Mən 25.500 manat NuridəSeyidovaya verdim. Yan otaqdan bir oğlan gəlib saydı. Mən 15 mindolları N.Seyidovadan, 6 min 800 manatı Aysel Məmmədovadan tələbedirəm".
Nuridə Seyidova pulu aldığını qəbul edib. Lakin, pulu AynurBayramovaya verdiyini deyib. A.Bayramova isə həmin vaxt Türkiyədəolub.
Digər zərərçəkən Ceyran Musayevanın nəvəsi talassemiyaxəstəsidir. O da Aynur Bayramova ilə Talassemiya mərkəzində tanışolub:
"Aynur Bayramova və onun vasitəsilə tanış olduğum NuridəSeyidova ilə kafedə oturmuşduq. Onlara əlimdə olan 20 min manatpulu verdim. Aynur Bayramova da dedi ki, gətir, 300 dollar da ver,nəvənin qanını götürüm, gedim donor axtarım. Daha sonra dedi ki,donor Polşadan tapılıb. Qızım o zamanlar hamilə idi. Onun övladıdünyaya gəldikdən sonra belə onlardan səs çıxmadı. Qızım dakürəkənimlə birgə Samsuna getdilər. Orada öyrəndilər ki, adımızapul köçürülməyib. Orada da çox xərcimiz çıxdı. Hazırda 20 mini vəSamsunda xərclədiyim 13 mini Nuridə Seyidova və Aynur Bayramovadantələb edirəm".
Növbəti proses fevralın 5-nə təyin edilib.
Qeyd edək ki, talassemiya xəstələrinin valideynlərinə qarşıdələduzluq edilməsi ilə bağlı daxili işlər orqanlarına məlumatdaxil olub. Məlumat əsasında cinayət işi başlanılıb. Müəyyən edilibki, Nuridə Seyidova Aysel Məmmədova və Aynur Bayramova ilə əlbirolaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarındansui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicəetdirmək adı ilə 980 min manatlarını mənimsəyib. Əvvəlcə NuridəSeyidova həbs olunub. Daha sonra məhkəmə proseslərində AynurBayramova və Aysel Məmmədova barəsində həbs qətimkan tədbiriseçilib.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci(dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittihamirəli sürülüb.