AZ

ABŞ qanunsuz mühacirləri məhkəməsiz deport edəcək

ABŞ Daxili Təhlükəsizlik Departamenti Amerika hüquq-mühafizə orqanlarının səlahiyyətlərini genişləndirərək onlara qanunsuz mühacirləri sürətləndirilmiş prosedura əsasən, yəni immiqrasiya məhkəməsinin qərarı olmadan deportasiya etməyə icazə verib.

Axar.az xəbər verir ki, bu barədə sözügedən departamentin sərəncamında deyilir.

“Bu dəyişikliyin nəticəsi immiqrasiya ilə bağlı vaxtında qərarların qəbulunu asanlaşdırmaqla dövlət xərclərini azaltmaqla yanaşı, milli və ictimai təhlükəsizliyi gücləndirmək olacaq. Bu qərar ölkəyə gəlmək və qalmaq hüququ olmayanların ABŞ-dan dərhal çıxarılmasını təmin edəcəkdir”, - sərəncamda qeyd olunur.

Seçilən
12
axar.az

1Mənbələr