Bakı. Trend:
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarəHeyətinin sədri Vüqar Süleymanov BMT-nin Uşaq Fondunun (UNICEF)Azərbaycandakı nümayəndəsi Dr. Saca Faruq Abdullah ilə görüşüb.
Bu barədə Trend-ə ANAMA-dan məlumat verilib.
Qeyd edilib ki, görüşdə mina təhlükəsi ilə mübarizəfəaliyyətinin əsas istiqamətlərindən biri olan PartlayıcıSursatların Təhlükəsinə dair Maarifləndirmə sahəsində ANAMA iləUNICEF tərəfindən ölkəmizdə birgə icra edilən layihələr, bu sahədəmövcud əməkdaşlıq imkanlarının genişləndirilməsi, eləcə dəqarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsiaparılıb.