AZ

Ərdoğan xanımı ilə Boluda

Prezident Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan otel qəzasında həyatını itirənlərin cənazə namazına qatılmaq üçün Boluya gedib. 

“Cebheinfo.az” xəbər verir ki, Prezident Ərdoğan və xanımı Əminə Ərdoğan bu gün Boluya gediblər. 

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun məsələ ilə bağlı sosial media hesabında paylaşım edib. 

O qeyd edib ki, Ərdoğan və xanımı Əminə Ərdoğan bu gün Boluya gediblər:

“Səfər çərçivəsində Kartalkayada baş verən yanğında həyatını itirən vətəndaşlarımızın cənazə namazına qatılacaqlar".

Prezident Ərdoğan əvvəlcə yanğında 14 ailə üzvü həyatını itirən Gültəkin ailəsinin evində olub və başsağlığı verib. Yanğında həyat yoldaşı və 3 uşağı ilə birlikdə həyatını itirən THY əməkdaşı Zehra Səna Gültekin, AK Partiya Bolu 22-ci dövr millət vəkili Mehmet Güner və AK Partiya Qurucu üzvü Hatice Günerin qızı olub.

Türkiyənin əsas xizək kurortlarından biri olan Bolu Kartalkayada yerləşən “Grand Kartal” otelində dünən gecə saat 03:30 radələrində yanğın baş verib. 

12 mərtəbəli otelin xarici görünüşü taxta olan restoran hissəsində başladığı müəyyən edilən yanğın sürətlə böyüyüb. Semestr tətili ilə əlaqədar 238 nəfərin qaldığı və doluluğun 80-90 faiz olduğu bildirilən oteldə yanğın nəticəsində 76 nəfər həyatını itirib, 51 nəfər isə yaralanıb.

Məlum olub ki, otel qonaqlarından bəziləri yataq mələfələrini  bir-birinə bağlayıb pəncərədən eniblər, digərləri isə təşviş içində pəncərədən atılıblar.

Yanğından sonra ortaya çıxan təfərrüatlar fəlakətə səbəb olan səhlənkarlığı ortaya çıxarıb. Oteldə tüstü detektorları və yanğınsöndürmə sistemlərinin olmadığı, həyəcan təbili çalmadığı və təcili çıxışın olmadığı iddia edilib.

Seçilən
5
cebheinfo.az

1Mənbələr