AZ

2024-cü ildə ADY Muzeyi 15 min ziyarətçini qarşılayıb

ADY Muzeyi il ərzində əhəmiyyətli tədbirlərə, sərgilərə, görüşlərə ev sahibliyi edib.

2024-cü ildə Azərbaycan Dəmir Yol Muzeyi 15 min ziyarətçini qarşılayıb. 

"Operativ Media" xəbər verir ki, bu barədə ADY-nin "Facebook" hesabında paylaşım edilib.

Bildirilib ki, həmçinin muzey il ərzində əhəmiyyətli tədbirlərə, sərgilərə, görüşlərə ev sahibliyi edib, məktəblilərin, müxtəlif peşə sahiblərinin, eləcə də COP29 zamanı xarici qonaqların sevimli məkanı olub.

Qeyd edək ki, Azərbaycan Dəmiryol Muzeyinin açılışı 19 noyabr 2019-cu il tarixində Prezident İlham Əliyevin iştirakı ilə baş tutub. 

Tarixi Sabunçu vağzalının binasında yerləşən muzeydə eksponat zalları, kino zalı, mədəniyyət və korporativ tədbirlərin təşkili üçün salon, "Zaman qatarı" interaktiv zalı fəaliyyət göstərir.

Seçilən
8
operativmedia.az

1Mənbələr