AZ

İran klubu "Fənərbağça"nın sabiq baş məşqçisinə sərvət verəcək - 1.5 ilə...

"Fənərbağça"nın sabiq baş məşqçisi İsmail Kartal İran klubu ilə rəsmi müqaviləyə imza atıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, İran super Liqasında mübarizə aparan "Persepolis"ın prezidenti Rza Dərvişlə razılaşıb.

Məlumata görə, İstanbula gələn klub rəhbəri burada Kartalla müqaviləni imzalayıb: "İsmayıl Kartal yeni klubunda üç türk köməkçisi ilə işə başlayacaq. "Persepolis"in Kartala 1,5 il müddətinə 2,2 milyon dollar maaş ödəyəcək".

Fərid ASLAN
MİA.AZ

Seçilən
29
mia.az

1Mənbələr