AZ

Ərdoğan yanğınla bağlı Boluya gəldi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğan Kartalkaya kurort mərkəzində yerləşən oteldə baş verən faciəvi yanğında həyatını itirən vətəndaşların cənazə namazına qatılmaq üçün Boluya gəlib.

Milli.Az xəbər verir ki, Türkiyə mətbuatının məlumatına görə, prezident və bir sıra dövlət rəsmiləri bölgədəki vəziyyəti yaxından izləmək üçün hadisə yerinə səfər edəcək.

Xatırladaq ki, Bolunun Kartalkaya xizək mərkəzində yerləşən "Grand Kartal" hotelində yanğın baş verib. Təxminən 10 saat davam edən yanğın nəzarət altına alınıb. Hadisə nəticəsində 76 nəfər həyatını itirib, 51 nəfər yaralanıb.

Fəlakətlə bağlı araşdırmalar davam edir və hadisəyə görə müəssisə sahibi də daxil olmaqla 9 nəfər saxlanılıb.

Ərdoğan dünən Prezident iqamətgahında keçirilən Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciət edərək, Kartalkaya yanğını ilə əlaqədar ölkədə bir günlük matəm elan edildiyini açıqlayıb.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
3
2
milli.az

3Mənbələr