AZ

Yeni dövr, yeni qaydalar - Trampla dünyaya hazırıqmı?

ABŞ prezidenti Donald Tramp rəsmi olaraq ikinci prezidentlik müddətinə başlayıb. Seçki kampaniyası zamanı demokratları bütün dünyada müharibələri qızışdırmaqda ittiham edən Tramp ABŞ qoşunlarını münaqişə zonalarından çıxarmaq üçün ən böyük vədi verib. Trampın Yaxın Şərq və Ukraynada hansı addımları atacağı, ən böyük ticarət rəqibi Çinə qarşı hansı siyasət yürüdəcəyi, Avropanı tək buraxıb-buraxmayacağı və ya onun mümkün Türkiyə siyasəti maraq doğurur.

Publika.az xəbər verir ki, məsələ ilə bağlı Türkiyənin Fransadakı keçmiş səfiri, sabiq diplomat Uluç Özülker “Haber Global”a danışıb.

O, ABŞ-ın dünyanı idarə edən super güc olaraq mövqeyinin təhlükə altında olduğunu bəyan edib:

"ABŞ eyni anda iki müharibə aparmaqda çətinlik çəkərkən, indi onun tək bir müharibədə nə qədər irəli gedə biləcəyi sual altındadır. Pentaqon hazırladığı yeni hesabatda 2030-cu ildə Çinin silah baxımından öz gücünə çatacağını açıqladı. Amerika onun başına nə gələcəyindən narahatdır. Bunun nəticəsi daxili siyasətdə atılacaq addımlar olacaq”.

Zelenski dəstəklənməyəcək

"Yaxın Şərqdə vəziyyət dəyişməyəcək. Mövcud şərtlərlə uzunmüddətli sülh gətirmək mümkün deyil. Netanyahu da buna hazır deyil. ABŞ və İsrail birləşib İranı hədəfə alacaq. ABŞ Suriya ərazisinin üçdə birini işğal edib. Bizim etməli olduğumuz ilk iş 30 kilometrlik təhlükəsiz zonanın təhlükəsizliyini təmin etməkdir. Bu məsələlərdə ABŞ yanımızda deyil, qarşımızda olacaq.

Rusiya və ABŞ Ukrayna ilə bağlı razılığa gələcək. Rusiya əldə etdiyi torpaqları özündə saxlayacaq. Rusiya, Çin və Şimali Koreya ittifaq yaradıb. Avrasiya və NATO qarşı-qarşıya gələcək. Avropa artıq dağılıb, onsuz hərbi cəhətdən də çökmüşdü. Tramp bundan əvvəl Avropaya NATO ilə bağlı xəbərdarlıq etmişdi”.

BRİKS maneə yaradır

"BMT-dəki sistemi ABŞ yaradıb. Birləşmiş Ştatlar hələ də varlı, dominant, qüdrətli ölkədir, ümumi daxili məhsulu 25,5 trilyon dollardır. Lakin onun 38 trilyon dollar borcu var.

Onlar Ukraynaya silah göndərəcəkdilər, lakin Konqres buna mane oldu. BRİKS və Şanxay beşliyi Asiyanı önə çıxarır. Dünyanın 55 faizi iqtisadi cəhətdən Asiyaya keçib. BRİKS 65-70 faizə yüksələcək nəticə əldə edərsə, bu, ABŞ-ın iflasına səbəb ola bilər”.

Seçilən
11
publika.az

1Mənbələr