Məşhur müğənni Hadisə onu "ədəbsiz, tərbiyəsiz və görməmiş qadın" adlandıran idman şərhçisi Ahmet Çakarla yanaşı, "Söylemezsem Olmaz" verilişindən Bilal Özbilge, Bilal Özcan, Pınar Eliçe, Didem Delen ilə birlikdə Beyaz Tv-ni məhkəməyə verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə müğənni Hadisə "İbrahim Səlimlə bu axşam" verilişində söz açıb.
O bildirib ki, verilişdə ona qarşı təhqiramiz fikirlər səsləndirən idman şərhçisi buna görə cəızalanıb: "O, 50 min lirə təzminat ödəyəcək...".
Ləman
MİA.AZ