AZ

Prezident İlham Əliyevin Davos Forumunda iştirakı Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu bir daha təsdiqləyir - Deputat

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin DavosForumunda növbəti dəfə iştirakı və mühüm görüşlər keçirməsiAzərbaycanın beynəlxalq aləmdə güclü nüfuza malik olmasını bir dahatəsdiq edir.

Trend xəbərverir ki, bunu Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, Azərbaycan daim beynəlxalq əməkdaşlığın vətəhlükəsizliyin təmin edilməsinə böyük töhfə verməklə dünyadaetibarlı tərəfdaş kimi böyük nüfuz qazanıb:

“Bu gün Azərbaycan dünyanın ən nüfuzlu beynəlxalqplatformalarında təmsil olunur. Davos Ümumdünya İqtisadi Forumu daən nüfuzlu beynəlxalq platformalardan biridir. Ölkəmiz uzunillərdir ki, Davos Forumunda dövlət başçısı səviyyəsində təmsilolunur. Bu forumda iştirak ölkəmizə böyük iqtisadi və siyasidividendlər gətirir.

Davos Forumunda çoxlu sayda hökumət və dövlət başçıları,dünyanın nəhəng şirkətlərinin rəhbərləri iştirak edirlər. Forumçərçivəsində beynəlxalq biznes ictimaiyyəti, digər ölkələrin dövlətvə hökumət başçıları, rəsmi şəxsləri və beynəlxalq təşkilatlarınrəhbərləri ilə görüşlər keçirilir. Bu forum çərçivəsində dəPrezident İlham Əliyev həm dövlət və hökumət başçıları, həm dəböyük şirkətlərin rəhbərləri ilə mühüm görüşlər keçirir. Şübhəsizki, bu görüşlər ölkəmiz üçün böyük faydalar gətirəcək.

Məlum olduğu kimi, nəhəng şirkətlərin rəhbərləri ilə Prezidentİlham Əliyev arasında baş tutan görüşlərdə şirkət rəhbərləriAzərbaycanla əməkdaşlıq etməkdə və ölkəmizə investisiya yatırmaqdamaraqlı olduqlarını ifadə etdilər. Əlbəttə, bu, beynəlxalq aləmdəölkəmizə olan böyük inam və etibarın daha bir göstəricisidir. Bununnəticəsidir ki, bu gün böyük şirkətlər tərəfindən Azərbaycanasərmayə qoyulur".

A.Həsənova vurğulayıb ki, Davos platforması Azərbaycanreallıqlarının ətraflı və əsaslı şəkildə təqdim edilmə imkanıyaradır:

“Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi zəfəri iləregionda yeni reallıqlar yaradıb. Bu reallıqlar dünya ictimaiyyətitərəfindən qəbul edilir. Bu reallıqlar beynəlxalq aləmdəAzərbaycana olan marağı xeyli dərəcədə artıb”.

Seçilən
22
50
az.trend.az

10Mənbələr