Cənazədə iştirak edən Türkiyə lideri göz yaşlarını saxlaya bilməyib.
Türkiyə Prezidenti Rəcəb Tayyib ƏrdoğanBolu Kartalkayadakı hoteldə baş verən yanğında həyatını itirənlərin dəfn mərasimlərində iştirak etmək və araşdırmalar aparmaq məqsədilə Boluya səfər edib.
"Operativ Media" "TRT Haber"ə istinadən xəbər verir ki, Ərdoğan yanğında 8 üzvü həlak olmuş bir ailənin yas mərasimində iştirak edib. Cənazədə iştirak edən Türkiyə lideri göz yaşlarını saxlaya bilməyib.
Xatırladaq ki, 21 yanvar tarixində Türkiyənin Bolu bölgəsindəki bir hoteldə baş verən yanğında 76 nəfər həyatını itirib. Hadisə ilə əlaqədar olaraq, 22 yanvar tarixində Türkiyədə matəm elan olunub.