AZ

Roma Papasından Tramp haqqında: Bu, rüsvayçılıqdır!

Roma Papası Franksisk Trampın immiqrasiya ilə bağlı planlaşdırdığı və onun andiçmə mərasimindən sonra qüvvəyə minəcək sərəncamlarına toxunub.

Ölkə.Az xəbər verir ki, İtaliya televiziyasına müsahibə verən Roma Papası ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın immiqrasiya siyasətini pisləyib və qeyri-qanuni mühacirlərin deportasiyası planlarını rüsvayçılıq adlandırıb.

"Bu doğrudursa, ayıb və rüsvayçılıq olar. Bu, düzgün yol deyil” - Roma Papası deyib.

Qeyd edək ki, bundan əvvəl Roma Papası Trampın immiqrasiya siyasətini xristianlığa zidd hərəkət adlandırıb.

Mürtəza
Ölkə.Az

Seçilən
23
5
olke.az

6Mənbələr