AZ

Məşhur aktyor vəfat etdi - FOTO

Televiziya və serialların aktyoru Fransisko San Martin 39 yaşında vəfat edib.    Manset.az bu barədə Rusiya mətbuatına istinadən xəbər verir. Mənbənin məlumatına görə, sənətçinin cəsədi Los-Ancelesdə tapılıb. Aktyorun yanvarın 16-da dünyasını dəyişdiyi məlum olub. Fransisko San Martin 1985-ci ildə İspaniyada anadan olub. Aktyor "Hayatımızın Günləri" serialındakı rolu ilə tanınır, serialın 59 seriyasında çəkilib. Bundan əlavə, o, "Cəsur və Gözəl" serialında, həmçinin iki qısametrajlı filmdə rol alıb.

Seçilən
39
manset.az

1Mənbələr