Beynəlxalq satış təlimçisi, “Modern Business Academy”nin təsisçisi Kamal Mahmudov yazır...
Karyeramızda irəliləmək istəyəndə çox vaxt ətrafdan eşitdiyimiz məsləhətlərə inanırıq. Amma gəlin görək bu fikirlər nə qədər doğrudur?
1. "Səssiz-səmirsiz işini gör, mütləq görəcəklər"
Forbes deyir ki, əla işləyənlərin 34%-i heç vaxt qiymətləndirilmir. Yəni görünmək lazımdır, özü də düzgün yerdə.
2. "Axşam 8-ə qədər oturursan? Afərin, tez yüksələcəksən!"
“McKinsey” araşdırıb ki, çox işləyənlər 38% daha az iş görür. Yəni əsas olan uzun oturmaq yox, ağıllı işləməkdir.
3. "Filan universitetin diplomu var? Problemi yoxdur!"
“LinkedIn”in statistikası deyir ki, şirkətlərin 76%-i artıq diplomdan çox real bacarıqlara baxır. Diplom var, bacarıq yox = problem var.
4. "10 ildir bir şirkətdə işləyirəm, bu loyallıqdır!"
Amerikada araşdırıblar - şirkət dəyişənlər 35% çox pul qazanır. Deməli, loyallıq özümüzə olmalıdır.
5. "Müdirlə dost ol, irəli get!"
“Deloitte” deyir ki, müdirlə "dost" olanların 67%-i sonra problem yaşayır. Dost yox, peşəkar münasibət saxlamaq lazımdır.
6. "Maaş artımı istəyirsən? Gözlə edəcəklər"
“Glassdoor”a görə, işçilərin 89%-i birbaşa danışıq aparmadan maaş artımı ala bilmir. Yəni danışmaq lazımdır.
7. "Texniki biliklərin varsa, məsələ həll olacaq"
Dünya İqtisadi Forumu deyir: işəgötürənlərin 91%-i ünsiyyət bacarığını texniki bilik qədər vacib sayır. Robot deyilik axı!
8. "MBA olmasa, CEO ola bilməzsən"
“Fortune 500” şirkətlərinin CEO-larının 68%-nin MBA-i yoxdur. Deməli, təcrübə daha önəmlidir.
9. "LinkedIn”də 500+ connection-ım var, networking də tamam!"
Harvard deyir ki, canlı görüşlər onlayn əlaqələrdən 4 qat effektivdir. Az olsun, real olsun.
10. "İş təklif edirlər? Tez “hə” de, qaçar!"
“Robert Half” şirkətinin araşdırmasına görə, "fikirləşmək üçün vaxt istəyirəm" deyənlərin 71%-i daha yaxşı şərtlər qazanır.
11. "Vəzifəni qaldırmasan, inkişaf etmirsən"
“McKinsey” deyir ki, eyni səviyyədə, amma fərqli işlər görənlərin 82%-i 2 ilə daha yuxarı vəzifəyə keçir.
12. "Pul varsa, hər şey var!"
“Gallup” soruşub: işçilərin 79%-i deyir ki, inkişaf imkanı yüksək maaşdan daha vacibdir.