Gürcüstan-Çin strateji tərəfdaşlıq bəyannaməsi konstitusiyaya ziddir.
Bunu Gürcüstanın keçmiş prezidenti Zurabişvili deyib. Onun sözlərinə görə, 2023-cü ildə imzalanana qədər ölkədə heç kim sənədin mətnini, o cümlədən parlamentdə görməyib. “Mən əmin deyiləm ki, hətta baş nazirin özü də bunu əvvəlcədən görüb” dedi.
Eks-prezident Gürcüstanın ərazi bütövlüyünün tanınması məsələsi ilə bağlı sənədin “balanssızlığına” diqqət çəkib: “Mətndə Gürcüstanın “Vahid Çin” prinsipini tanıdığı xüsusi qeyd olunan bənd var. Çin isə bütün dünyada ərazi bütövlüyü və suverenlik prinsipini tanıyır, lakin Gürcüstanın adı xüsusi qeyd olunmur”