AZ

İlahiyyat üzrə təhsil alan tələbələr üçün yeni dərslik nəşr olunub

Bakı, 22 yanvar, AZƏRTAC

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) İlahiyyat fakültəsinin dekanı, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Elnurə Əzizovanın “Siyər” dərsliyi nəşr olunub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitabda ilk dövr İslam tarixindən, islamaqədərki ərəblərin siyasi, iqtisadi, ictimai, dini vəziyyətlərindən, Məhəmməd peyğəmbərin həyatı və onun Məkkədəki fəaliyyətindən bəhs edilir. Həmçinin hicrətin siyasi, iqtisadi və ictimai nəticələri, qeyri-müsəlmanlarla münasibət kitabın müxtəlif fəsillərində yer alır. İslamın Ərəbistanda yayılması, Məhəmməd peyğəmbər zamanında dövrün ictimai, iqtisadi, siyasi vəziyyəti, eləcə də İslam tarixinin önəmli hadisələri müxtəlif başlıqlar altında verilib.

Dərslik ilahiyyat sahəsi üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulub. Kitabın hazırlanmasında mövzu ilə əlaqəli Azərbaycan, ərəb və türk dillərində mövcud olan mənbələrdən istifadə edilib.

Seçilən
34
24
azertag.az

10Mənbələr