Bakıda beynəlxalq səviyyədə təşkil olunan plener-simposiumu keçirilib. Tədbirdə Azərbaycan və Türkiyədən olan bir qrup rəssam iştirak edib. Dostluq və qardaşlıq rəmzlərini əks etdirən əsərlər, tədbirin əsas məqamlarını təşkil edib. Bu əsərlər, sadəcə sənətin gözəlliyini vurğulamaqla kifayətlənməyib, həm də xalqlar arasında mədəniyyət və dostluq körpüsü qurmağı hədəfləyir.Aktivist Sənətçilər Birliyinin Azərbaycan təmsilçisi, rəssam Nəvai Metinin "Ulusum".az-a dediyinə görə, Türkiyədən və Azərbaycandan olan bir qrup rəssamların birgə plener-simposiumu artıq dünəndən başlayıb. Plener-simposium boyunca rəssamlar təbiət və şəhər mövzularında rəsmlər çəkir, öz yaradıcılıqlarını sərbəst şəkildə ifadə edirlər.Simpoziumun əsas məqsədi sənətkarların təcrübə və ideyalarını paylaşmaq, şəhərimizin tarixi və mədəniyyətini sənət əsərləri vasitəsiilə əks etdirməkdir. Rəssamlar "İçəri Şəhər", Sumqayıt şəhəri, Atəşgah və digər görməli yerləri ziyarət edərək, həm də Azərbaycanın zəngin mədəni irsini daha yaxından tanıyacaq və bu yerlərin ilham verici xüsusiyyətlərini rəsmlərində əks etdirəcəklər.Bu tədbir, sənətə və mədəniyyətə marağı artırmaq, həmçinin beynəlxalq səviyyədə sənətkarların təcrübə və ideyalarını paylaşmaq üçün əhəmiyyətli bir fürsət yaradır.Bu tədbir, həmçinin beynəlxalq əlaqələrin möhkəmlənməsi və sənət vasitəsilə mədəniyyətlərarası dialoqun gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.Murat Külcüoğlu:Bakıya ilk dəfədir ki, gəlirəm. Muğla şəhərindən buraya təşrif buyurmuşam. Çox məmnunam ki, bu gözəl şəhərdə olmaq mənə nəsib oldu. Müxtəlif mövzularda əsərlərlə, xüsusən də təbiət mənzərələri və dostluq-qardaşlıq rəmzini əks etdirən işlərimizlə bu tədbirə öz töhfəmizi vermək niyyətindəyik.Necla (Nena) Çetinel: İlk dəfədir ki, Bakıya gəlirəm. Şəhərin gözəlliyi, insanların səmimiyyəti və isti davranışları məni dərindən təsirləndirib. Hər kəs çox qonaqpərvər və mehribandır.Şəhərin tarixi ab-havası, mədəni irsi və təmizliyi mənə xüsusi təsir bağışlayib. Ümid edirəm ki, sənətimizlə Bakıya öz kiçik töhfəmizi verə biləcəyik. Nəvai Metin və Elif Altunkayanin dəvəti ilə iştirak etdiyimiz bu sənət tədbiri həm dostluğumuzu, həm də yaradıcılıq enerjimizi daha da gücləndirəcəkdir.Qeyd edək ki, tədbir 25 yanvar tarixində "Çağdaş Dünya Rəssamları" adlı yeni çapdan çıxmış kataloq-kitabin təqdimatı ilə başa çatacaq. Bu tədbir, həm də Azərbaycan və Türkiyə arasındakı mədəni əlaqələri gücləndirmək və sənət vasitəsilə xalqlar arasında dostluq münasibətləri möhkəmləndirmək məqsədi güdür.
Diqqət Çəkənlər
Lyej məhkəməsi Ursula fon der Leyenə qarşı ittihamları rədd edib
“Ulduz” jurnalının Ankarada xüsusi buraxılışı çıxıb
Türkiyədə oteldə baş vermiş yanğından sonra bir günlük matəm elan edilib