Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Boluda baş verən yanğında 8 üzvünü itirən vəkil həkim Enes Gültekinin ailəsini ziyarət edib.
Ərdoğan vəkil Yüksel Gültekin, qayınatası, Ədalət və İnkişaf Partiyasının (AK Parti) Bolu üzrə keçmiş deputatı Mehmet Güner, partiyanın Qurucu İdarə Heyətinin üzvü Habibe Güner və ailənin digər üzvlərinə başsağlığı verib
Gültəkin ailəsi üçün təşkil edilən dəfn mərasimində iştirak edən Ərdoğan dəfn mərasimində göz yaşlarını saxlaya bilməyib.
Cənazə namazından sonra çıxış edən Ərdoğan baş verən dəhşəti hadisə ilə bağlı bunları deyib:"Hal-hazırda bir fəlakətə məruz qalaraq əbədiyyətə yola saldığımız 8 qardaşımıza Allahdan rəhmət diləyirik. Məqamları uca olsun. Ailə olaraq uzun illər dost-qardaş idik. Təbii ki, bu gün buradayıq. Allah bizi cənnətdə bir yerə toplasın ailəmizə və millətimizə 'Səbrin sonu əmin-amanlıq və zəfərdir' ümidi ilə onların ruhları üçün Fatihəmizi göndərək Ümid edirəm ki, o, cənnətdir”.
Xatırladaq ki, dünən gecə saatlarından başlayaraq Türkiyənin Bolu vilayətində yerləşən Kartalkaya xizək mərkəzindəki oteldə baş verən yanğında 76 nəfər həyatını itirib. Yanğınla bağlı Türkiyədə bir günlük matəm elan edilib.
"AzPolitika.info"