İraq parlamentinin üzvləri 9 yaşında olan qızlarla nikah bağlanmasına icazə verən qanun qəbul ediblər. Bakupost.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb. Respublikada nikah üçün minimal yaş həddi 18-dir. Lakin edilən düzəlişlər islam məhkəmələrinə islam hüququnun öz şərhlərinə əsasən, nikahlarla bağlı qərarlar qəbul etməyə imkan verəcək. Bəzi qurumlar qızların yeniyetməlik dövründə və ya doqquz yaşında evlənməsini normal hesab edirlər. Dəyişiklik tərəfdarları hesab edir ki, bu qanun İraq mədəniyyətinə "Qərb təsiri"ni azaldacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta