Bakı. Trend:
Xəbər verildiyi kimi Bakı şəhər sakini, 1995-ci il təvəllüdlüMansurlu Nəzrin Aydın qızının yanvarın 12-də ölməsi faktı ilə bağlıNəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci(səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəbolduqda) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqaparılır.
Bu barədə Trend-ə Baş Prokurorluqdan məlumat verilib.
İstintaqla Nəzrin Mansurlunun yanvarın 3-də paytaxtın Nəsimirayonu ərazisində yerləşən “Mərcan Medicare” adlı klinikada plastikcərrah işləyən Sənan Mehdiyev tərəfindən icra olunmuş rinoplastikaəməliyyatından sonra vəziyyətinin kəskin ağırlaşması vəyerləşdirildiyi klinikada ölməsinə əsaslı şübhələr müəyyənedilib.
Sənan Mehdiyev Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilətəqsirləndirilən şəxs qismində cəlb olunub, barəsində müstəntiqinvəsatəti və ibtidai araşdırmaya rəhbərlik edən prokurorun təqdimatıəsasında Nəsimi rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiriseçilib.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir