Davos. Trend:
Dünya İqtisadi Forumu (WEF) və Azərbaycan 2030-cu ilə qədər 650Azərbaycan şirkətinə rəqəmsal transformasiya yol xəritəsininhazırlanması istiqamətində əməkdaşlıq edir.
Trend xəbərverir ki, bunu Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsindəjurnalistlərə açıqlamasında Dördüncü Sənaye İnqilabının Təhlili vəKoordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərovdeyib.
"Dünya İqtisadi Forumunun dünya üzrə 21 Dördüncü Sənaye İnqilabıMərkəzi var. Azərbaycan bu mərkəzlərdən birinə ev sahibliyi edir.İqtisadiyyat Nazirliyi tabeliyində Dördüncü Sənaye İnqilabınınTəhlili və Koordinasiya Mərkəzi 2021-ci ildə Azərbaycan Prezidentiİlham Əliyevin Fərmanı ilə yaradılmış publik hüquqi şəxsdir.Mərkəzin əsas fəaliyyəti Dünya İqtisadi Forumu ilə əməkdaşlıqetmək, dünya təcrübəsini Azərbaycana gətirmək, sənayeninrəqəmsallaşması, sənaye 4.0 konsepsiyalarının tətbiqi, yenitexnologiyaların inkişafı və Azərbaycanda rəqəmsal iqtisadiyyatıninkişafına təkan verməkdir", - o bildirib.
Onun sözlərinə görə, Mərkəz Dünya İqtisadi Forumu ilə bir sıraistiqamətlərdə əməkdaşlıq edir.
"Ənənəvi olaraq, Dünya İqtisadi Forumu hər il Davos forumuərəfəsində bir sıra hesabatlar dərc edir. Bunlardan biri DördüncüSənaye İnqilabı Mərkəzlərinin "Impact Report" dediyimiz Təsirhesabatıdır ki, burada Azərbaycana aid 4-dən çox fərqli istiqamətdəuğur hekayəsi paylaşıblar. Onlardan biri rəqəmsal iqtisadiyyatsahəsində hazırlanan strategiya, həmin startegiya çərçivəsindətexnologiya mərkəzlərinin yaradılması, 650-dən çox şirkətinrəqəmsal tranformasiyasının aparılması, o cümlədən insanlarınDördüncü Sənaye İnqilabı texnologiyaları sahəsində bilik vəbacarıqlarının artırılması istiqamətində nümunələri göstəriblər.Xüsusilə də "Coursera" ilə olan əməkdaşlığımız göstərilib.Bildiyiniz kimi, ötən il 10 min Azərbaycan vətəndaşına DördüncüSənaye İnqilabı texnologiyalarında bilik və bacarıqlar əldəetmələri üçün ödənişsiz olaraq "Coursera" online təhsilplatformasına giriş imkanı verilib. Bu il proqram 200 min insanıəhatə edəcək. Bundan əlavə, hesabatda Azərbaycanın rəqəmsaliqtisadiyyatına xarici investisiyanın cəlbi ilə bağlı Dünyaİqtisadi Forumu tərəfindən ölkəmizdə keçirilmiş sorğu vənəticələri, bu sorğu nəticəsində 13 istiqamət üzrə tövsiyyə sənədihazırlandı, 100-dən çox şirkətlə Azərbaycanda müsahibə keçirildi,15 şirkətlə üzbə-üz müsahibələr keçirilib, "start-up"ların,ekosistemin inkişafı, innovasiyaların inkişaf etməsi və Azərbaycanaxarici investorların, o cümlədən xarici istedadların gəlməsi üçünatılacaq addımlar istiqamətində tövsiyyə hazırlanıb. Bu sənədi bizartıq Azərbaycanda müxtəlif tərəflərlə paylaşmışıq", - obildirib.
F.Cəfərov qeyd edib ki, ötən il Azərbaycanda keçirilən COP29tədbiri ilə əlaqədar olaraq Dünya İqtisadi Forumu AzərbaycandaDördüncü Sənaye İnqilabı Mərkəzini tərəfdaş seçərək, enerjidə süniintellekt hesabatı hazırladı.
"Bu hesabatda bizim mərkəz tərəfindən hazırlanan dünyanın ənqabaqcıl 40 uğurlu süni intellekt sahəsində tətbiqini bizhazırladıq və təqdim etdik. Bu hesabatda da Azərbaycanın bu sənədəverdiyi töhfə ifadə olunub.
Mərkəzimiz eyni zamanda Dünya İqtisadi Forumunun süni intellektqlobal alyansının üzvüdür və bizim ekspertlər bu tədbirdə iştirakedir. Eyni zamanda, "GovTech" dediyimiz hökumət texnologiyalarıişçi qrupunun da üzvüdür. Bu yaxınlarda Dünya İqtisadi Forumunundaha bir hesabatı çıxdı, hökumət texnologiyaları ilə bağlı. Burada7 ölkə nümunə olaraq göstərilib ki, dövlət-özəl tərəfdaşlığı iləAzərbaycanda 10-dan çox fərqli sahədə dövlət layihələri həyatakeçirilib. Bunların sırasında həm elektron tender platformasını,həm ASAN Visa-nı və bir sıra uğurları təqdim etmişdilər. Bununlayanaşı, ASAN Xidmət də uğurlu dövlət xidməti modeli olaraq nümunəgöstərmişdilər", - o bildirib.
F.Cəfərov əlavə edib ki, bu hesabatda, qeyd edildiyi kimi, 7ölkə ən yaxşı təcrübə olaraq paylaşılmışdı və Azərbaycan onlardanbiridir.
"Bununla yanaşı biz Dünya İqtisadi Forumu ilə sənayedə ağıllıtexnologiyaların tətbiq edilməsi və Azərbaycanda sənaye sahəsindəolan şirkətlərin diaqnostikasının aparılması və onlarda boşluqlarıntapılması, bu boşluqların aradan qaldırılması üçün tətbiq olunabiləcək beynəlxalq texnologiyalarla bağlı araşdırmalar edirik.Azərbaycanda artıq bir sıra şirkət bu qiymətləndirmədən keçib. Bumetodologiyanı biz Azərbaycana gətirmişik. 2030-cu ilə qədər 650Azərbaycan şirkətinin, kiçik və orta bizneslərin bu prosesdənkeçməsi, onlara rəqəmsal transformasiya yol xəritəsininhazırlanması və texnologiyaların tətbiq edilməsi istiqamətindəəməkdaşlıq edirik.
Bunu da qeyd edim ki, Dünya İqtisadi Forumunun bir sıraşəbəkəsində beynəlxalq təşkilatlar var. Bunların sırasında Apple,Google, TikTok, Binance və sair şirkətlər var ki, bu şirkətlərin dəAzərbaycanda təmin olunması, yeni tərəfdaşlarla əlaqələrinqurulması, eyni zamanda universitetlər və digər araşdırmamərkəzləri ilə işlərin təşkili istiqamətində mərkəzimiz dəstəkgöstərir", - o əlavə edib.