AZ

Prezident İlham Əliyev Davosda Xorvatiyanın Baş naziri ilə görüşüb

Davos. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın22-də Davosda qarşı tərəfin müraciəti əsasında XorvatiyaRespublikasının Baş naziri Andrey Plenkoviç ilə görüşüb.

Trend xəbər verir ki, AndreyPlenkoviç COP29-un uğurla keçirilməsi münasibətilə dövlətimizinbaşçısına təbriklərini çatdırdı.

Prezident İlham Əliyev Xorvatiyanın Baş nazirinin COP29-daiştirakına görə təşəkkürünü bildirdi. Söhbət zamanı COP29çərçivəsində qlobal iqlim gündəliyinin irəli aparılması üçün çoxmühüm qərarların qəbul edildiyi vurğulandı.

Azərbaycan Prezidenti və Xorvatiyanın Baş naziri ölkələrimizarasında münasibətlərin mövcud səviyyəsini yüksəkqiymətləndirdilər, xüsusilə enerji sahəsində olan əməkdaşlığı qeydetdilər.

Azərbaycanın bu gün Xorvatiyanın enerji təhlükəsizliyindəoynadığı rol, ölkəmizdən Xorvatiyaya neft və qaz ixracı xüsusiləvurğulandı, həmçinin qaz ixracının həcminin artırılmasıperspektivləri müzakirə olundu.

Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan bu gün 10 Avropaölkəsinə qaz ixrac edir ki, onlardan da səkkizi Avropa İttifaqınaüzv ölkələrdir. Vurğulandı ki, Azərbaycan Avropa İttifaqıtərəfindən PanAvropa enerji təchizatçısı kimi qiymətləndirilib.

Görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığıninkişaf etdirilməsi və Azərbaycanın Avropa İttifaqı ilə əlaqələriməsələsinə dair fikir mübadiləsi aparıldı, hökumətlərarasıkomissiyanın rolu qeyd olundu.

Xorvatiya Baş naziri dövlətimizin başçısını ölkəsinə rəsmisəfərə dəvət etdi.

Seçilən
7
49
az.trend.az

10Mənbələr