ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həllinin "asan və ya çətin yolla" mümkün olduğunu bildirib və asan yolun hər zaman üstünlük təşkil etdiyini vurğulayıb. “Ulusum”.az xəbər verir ki, bu barədə o, Truth Social platformasında paylaşım edib."Biz bu müharibəni asan və ya çətin yolla bitirə bilərik – asan yol həmişə daha yaxşıdır," – deyə Tramp qeyd edib.O, Rusiyanı döyüşləri dayandırmağa çağıraraq, münaqişənin mümkün qədər tez həll edilməsinin vacibliyini vurğulayıb: "Artıq bircə həyat belə itirilməməlidir."Tramp həmçinin bəyan edib ki, Rusiyaya və onun prezidenti Vladimir Putinə "çox böyük yaxşılıq" edəcəyini planlaşdırır, əks halda vəziyyətin daha da pisləşəcəyini qeyd edib.Əgər Rusiya rəhbərliyi Ukraynada hərbi əməliyyatları dərhal dayandırmaqdan imtina edərsə, ABŞ Rusiyaya qarşı yeni sanksiyalar və ixrac rüsumları tətbiq edəcək, deyə Tramp bildirib.Səidə
Diqqət Çəkənlər
Bakıda “Sənətin Qardaşlıq Rəngi” adlı beynəlxalq plener-simposiumu keçirilib
Lyej məhkəməsi Ursula fon der Leyenə qarşı ittihamları rədd edib
“Ulduz” jurnalının Ankarada xüsusi buraxılışı çıxıb