Türkiyənin Bolu şəhərinin Kartalkaya rayonunda yerləşən oteldə baş verən yanğından sonra aparılan DNT testlərinin nəticələrinə əsasən ölənlərin sayı 79-a yüksəlib.
Redaktor.az xəbər verir ki, Bolu Respublika Baş Prokurorluğu Kartalkaya Xizək Mərkəzindəki "Grand Kartal Otel" yanğını ilə bağlı açıqlama verib.
Dünən səhərə yaxın baş verən yanğında həlak olan 76 nəfərin kimlik müəyyənləşdirmə işləri davam edir. İndiyə qədər 56 nəfərin şəxsiyyəti müəyyənləşdirilib. Bu proses çərçivəsində DNt testləri aparılmaqdadır.
Kənan YUSİF