Türkiyədə Kartalkaya dağ-xizək kurortunda 76 nəfərin öldüyü yanğınla bağlı vəzifəli şəxs saxlanılıb.
Teleqraf.com xəbər verir ki, Bolu vilayətinin bələdiyyə sədrinin müavini və yerli yanğınsöndürmə xidmətinin rəis müavini yanğınla bağlı aparılan istintaq çərçivəsində saxlanılıblar. Bununla da eyni iş üzrə həbs edilənlərin sayı 11-ə çatıb.
Xatırladaq ki, Kartalkaya dağ-xizək kurortunda yanğın yanvarın 21-nə keçən gecə baş verib.
Müəllif: Teleqraf.com