Berlin, 22 yanvar, AZƏRTAC
Almaniyanın Bavariya əyalətindəki Aşaffenburq qəsəbəsində bıçaqlı hücum nəticəsində ölən və xəsarət alanlar var.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, qəsəbənin mərkəzindəki parkda aralarında azyaşlıların da olduğu bir qrup şəxs bıçaqlı hücuma məruz qalıb. Hadisə nəticəsində iki nəfər, o cümlədən iki yaşlı uşaq həlak olub. Ölənlərdən digərinin isə hücuma mane olmağa çalışan yoldan keçən 41 yaşlı şəxs olduğu bildirilir. Hücum nəticəsində bir neçə nəfər də xəsarət alıb. Onların arasında uşaqlar da var.
Polis hadisəni törətməkdə şübhəli bilinən 28 yaşlı əfqan miqrantı saxlayıb. Psixi problemləri olduğu müəyyən edilən həmin şəxs qanlı hadisəni törətdikdən sonra qaçmağa çalışarkən yaxalanıb.
Polis hücumla bağlı araşdırmalar aparılır.
Qanlı hadisənin törədildiyi Şöntal parkı oğurluq və hücum hallarının tez-tez baş verməsi ilə əlaqədar təhlükəli ərazi hesab olunur.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin