Türkiyədə Kartalkaya dağ-xizək kurortunda baş verən yanğın nəticəsində ölənlərin sayı 79-a çatıb.
Ucnoqqta.az xəbər verir ki, bu barədə yerli prokurorluq məlumat yayıb.
“DNT testlərindən sonra yanğında ölənlərin sayı 79-a çatıb”, - deyə kurortun yerləşdiyi Bolu əyalət hökumətinin nəzarət qurumu bildirib.
Türkiyə Səhiyyə Nazirliyi daha əvvəl bildirib ki, yanğın zamanı xəsarət alan 51 nəfərdən 39-u xəstəxanadan buraxılıb, 12 nəfərin müalicəsi davam edir.