İqlim dəyişmələri üzrə hökumətlərarası ekspertlər qrupunun (IPCC ) və digər tədqiqat qurumlarının araşdırmaları nəticəsində iqlim dəyişikliyinin kişilərlə müqayisədə qadınlara, xüsusən də quraqlıq və daşqınlar kontekstində fərqli təsir göstərdiyi məlum olub.
Ailənin ehtiyaclarını ödəmək, yemək bişirmək, uşaq böyütmək və onların problemlərinin öhdəsindən gəlmək və s. kimi işlərdə xüsusilə qadınlar qeyri-mütənasib paya sahibdir. Bununla belə, qadınlar həm də icma həmrəyliyinin və cəmiyyətin davamlılığını artırmaq və davamlı inkişafını təşviq etmək üçün böyütməli olduqları sosial kapitalın əsas qurucusudur.
Buna görə də, iqlim dəyişikliyinə gender kontekstində nəzər saldıqda qadınların tez-tez sosial, iqtisadi və mədəni amillər səbəbindən daha yüksək risklər və zəifliklərlə üzləşdiyi müəyyən edilir. Qadınların resurslara, məlumatlara, qərar qəbul etmə səlahiyyətlərinə və maliyyə aktivlərinə məhdud çıxışı, onların iqlim dəyişikliyinin təsirlərinin öhdəsindən gəlmək və onlara uyğunlaşmaq qabiliyyətinə mane ola bilir. Ekologiya.az