AZ

Ərdoğan göz yaşlarını saxlaya bilmədi - FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dəhşətli yanğının baş verdiyi Boluya gedib.

Modern.az xəbər verir ki, o, və xanımı Əminə Ərdoğan yanğın zamanı həlak olan “Türk Hava Yolları”nın işçisi Zehra Sena Gültekinin ailəsini ziyarət edib.

Prezident başsağlığı ziyarətindən sonra cənazə namazına qatılıb.

Qeyd edək ki, bədbəxt hadisə nəticəsində Zehra Sena Gültekinlə yanaşı həyat yoldaşı, 3 uşağı və 9 yaxını həyatını itirib.

Xatırladaq ki, hadisə nəticəsində həyatını itirənlərin sayı 79-a çatıb.

***

14:37

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan 76 nəfərin həlak olduğu Boluya yola düşüb.

Modern.az bu barədə TRT kanalına istinadən xəbər verir.

O və həyat yoldaşı Əminə Ərdoğan yanğında həlak olan şəxslərin dəfn mərasimində iştirak edəcək.

Xatırladaq ki, Türkiyənin Bolu vilayətində yerləşən Kartalkaya xizək mərkəzində 12 mərtəbəli hoteldə baş verən yanğında 76 nəfər həyatını itirib, onlarla insan yaralanıb.

Ölkənin daxili işlər naziri Ali Yerlikaya bildirib ki, 12 mərtəbəli hoteldə 238 qonaq qeydiyyatdan keçib. Səhiyyə naziri Kamal Memişoğlu yaralılardan bəzilərinin evə buraxıldığını bildirib.

Seçilən
4
2
modern.az

4Mənbələr