AZ

Avropa Liqası: "Beşiktaş" "Atletik"i darmadağın etdi

"Beşiktaş" komandası UEFA Avropa Liqasında VII tur matçına çıxıb.

Teleqraf.com-un məlumatına görə, Liqa mərhələsində növbəti rəqib İspaniyanın "Atletik" klubu olub. İstanbuldakı stadionunda keçirilmiş görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:1.

"Beşiktaş"ın qollarından ikisini 17-ci və 60-cı dəqiqələrdə Miloş Raşitsa, digərlərini isə 77-ci dəqiqədə Rafa Silva və 90+2-ci dəqiqədə penaltidən Joao Mario vurub.


Müəllif: Teleqraf.com
Seçilən
30
1
teleqraf.com

2Mənbələr