Futbol üzrə Avropa Liqasında 2024/2025-ci illər mövsümünün Liqa mərhələsinin 7-ci turunun oyunları keçirilir.
Arena.az xəbər verir ki, bu gün daha bir qarşılaşma baş tutub.
Günün yeganə oyunu Türkiyədə keçirilib. Burada yerli “Beşiktaş” İspaniyanın “Atletik” (Bilbao) komandasını qəbul edib. Beş qolun qeydə alındığı qarşılaşmada meydan sahibləri darmadağına seviniblər.
Bu nəticədən sonra “Beşiktaş” 9 xalla 18-ci, “Atletik” isə 16 xalla 2-ci pillədə qərarlaşıblar.
Xatırladaq ki, Avropa Liqasının Liqa mərhələsinin 7-ci turunun açılış matçı da Türkiyədə keçirilib. “Qalatasaray” ötən gün Ukraynanın “Dinamo” (Kiyev) komandası ilə heç-heçə edib – 3:3. 7-ci turun qalan matçları yanvarın 23-də baş tutacaq.
Avropa Liqası
Liqa mərhələsi, 7-ci tur
21 yanvar
“Qalatasaray” (Türkiyə) – “Dinamo” (Kiyev, Ukrayna) 3:3
Qollar: D.Sançes, 6. A.Bardakçı, 21. V.Osimhen, 53 – V.Vanat, 45. A.Yarmolenko, 68; 81.
22 yanvar
Beşiktaş – Atletik 4:1
Qollar: Raşiça, 17; 60. Rafa Silva, 77. Joao Mario, 90+2-pen – U.Qomes, 45.