AZ

Taleh Kazımov Hökümə Əliyevanın atasının kart hesabından edilən oğurluqdan DANIŞDI VİDEO

Mərkəzi Bank son aylarda kredit faizlərinin artmasına münasibət bildirib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirilən mətbuat konfransında bu barədə danışıb. Qeyd edib ki, ümumilikdə son 7 il ərzində kreditlərin faiz dərəcələri demək olar, dəyişməyib.

Konfransda bir neçə gün əvvəl Milli Qəhrəman Hökümə Əliyevanın atasının kartından oğurlanan 80 min manatının qısa zamanda tapılaraq geri qaytarlmasına da aydınlıq gətirilib. Qeyd edilib ki, adətən du cür dələduzluq ölkə xaricindən olur və araşdırma prosesi uzanır. Bu dələduzluq faktı isə ölkə daxilində olduğundan qısa müddətdə aşkarlanıb. Konfransda əlavə edilib ki, nağdsız ödənişlərin sayının artması ilə kiberdələduzluq halları da artır. Artıq mart ayından maliyyə sektorunda kibertəhlükəsizliklə bağlı yeni qaydalar tətbiq olunacaq. Həmçinin marifləndirmə tədbirləri də dələduzluq hallarının azalmasına təsir edəcək.

Mərkəzi Bank inflyasiya proqnozunu da açıqlayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
13
xezerxeber.az

1Mənbələr