Tramp administrasiyası ABŞ Ədliyyə Nazirliyinə yerli məmurların qeyri-qanuni mühacirlərin kütləvi surətdə deportasiyasına köməklik göstərə bilmədikləri təqdirdə onları mühakimə etməyi tapşırıb. AFN.az xəbər verir ki, bu barədə "Washington Post" məlumat yayıb."Tramp administrasiyası bütün ölkə üzrə federal prokurorlara prezidentin ABŞ tarixindəki ən böyük kampaniyanı həyata keçirmək planları ilə əməkdaşlıq etməyən əyalət və yerli məmurları araşdırmaq və potensial olaraq mühakimə etməyə göstəriş verib” - deyə nəşr yazıb. Bildirilir ki, ABŞ Ədliyyə Departamentinin rəhbərliyi işçilərə paylanmış bildirişdə yerli hakimiyyət orqanlarının immiqrasiya qanunlarına əməl olunmasını təmin etmək üçün icra hakimiyyətinə təşəbbüslər təqdim etməli olduğunu deyib.Nəşr vurğulayır ki, bu cür təşəbbüslərin həyata keçirilməsinə mane olmaq cəhdləri və ya onlara yardım etməkdən imtina etmək qanunsuzdur. Nazirlik işçilərdən mümkün məsuliyyətə cəlb olunmaq üçün bu cür pozuntularla bağlı hadisələri araşdırmağı tələb edir. Potensial pozuntulara immiqrantları qeyri-qanuni yerləşdirmək və onlar haqqında məlumatların gizlədilməsi cəhdləri daxildir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta