Bakı. Trend:
Prezident Donald Trampın göstərişi ilə qarşıdakı iki gün ərzindəMeksika ilə cənub sərhədinə minlərlə əlavə ABŞ əsgərigöndəriləcək.
Trend xəbər verirki, bu barədə mənbələrə istinadən CNN televiziya şirkəti məlumatyayıb.
Hazırda sərhəddə Texas ştatının El Paso şəhərində yerləşən "TaskForce North"un bir hissəsi kimi təxminən 2200 hərbçi mövcuddur.
Bundan əvvəl Prezident Tramp silahlı qüvvələrin 90 gün ərzindəABŞ daxilində hüquq-mühafizə funksiyalarını yerinə yetirməsinəicazə verən qanunvericilikdən istifadə imkanlarının nəzərdənkeçirilməsi ilə bağlı sərəncam verib.