Boluda 79 nəfərin məzarına çevrilən “Grand Kartal” otelinin sökülməsinə qərar verilib.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb. Bildiriilir ki, Boluda 79 nəfərin məzarına çevrilən “Grand Karta”l otelinin sökülməsinə qərar verilib.
Qeyd edək ki, Kartalkaya xizək mərkəzində 238 nəfərin qaldığı “Grand Kartal” oteldə saat 03.30 radələrində yanğın baş verib.
12 mərtəbəli oteldə baş verən yanğın zamanı bəzi müştərilər təşviş içində özünü pəncərədən atıb.
Xuraman Etibarlı
İnterpress.az