AZ

Donald Trampdan Rusiyaya daha bir çağırış: Sakitləşin və bu gülünc müharibəni dayandırın, əks halda…

ABŞ prezidenti Donald Tramp Rusiyanı Ukraynadakı münaqişəyə son qoymağa çağırıb. Əks halda, Ağ Ev rəhbəri Rusiyanın ABŞ-a bütün ixracatına sanksiyalar və rüsumlar tətbiq etməklə hədələyib.

“İqtisadiyyatı çökməkdə olan Rusiyaya və prezident Putinə çox böyük yaxşılıq edəcəyəm. Sakitləşin və bu gülünc müharibəni dayandırın! – deyə Tramp özünün “Truth Social” sosial şəbəkəsində yazıb: “Daha da pis olacaq”.

Amerika prezidenti əlavə edib ki, o, Rusiyanı və onun xalqını sevir və prezident Vladimir Putinlə yaxşı münasibətdədir. Bununla belə, o hesab edir ki, Rusiya indi saziş bağlamasa, iqtisadi təzyiqləri gücləndirməkdən başqa “seçimi qalmayacaq”. “Asan yol da var, çətin də. “Asan yola həmişə üstünlük verilir” – deyə Tramp yekunlaşdırıb.

Qeyd edək ki, ABŞ prezident seçkiləri zamanı Donald Tramp Rusiya-Ukrayna münaqişəsini həll edə biləcəyini dəfələrlə bəyan edib. Yanvarın 21-də yeni dövlət katibi Marko Rubio bildirib ki, Tramp Ukraynada davamlı sülhə nail olmaq istəyir.

//Samir Qurbanov, Editor.az

Seçilən
18
17
editor.az

10Mənbələr