Bakı. Trend:
Yanvarın 28-də Moskvada İran ,Azərbaycan və Rusiya arasındanəqliyyat üzrə nazirlər səviyyəsində iclas keçiriləcək.
Trend-inməlumatına görə, bunu İranın yol və şəhərsalma naziri Fərzanə Sadiqİran və Azərbaycan Birgə İqtisadi Komissiyasının 16-cı iclasınınyekunlarına dair anlaşma sənədinin imzalanması ilə əlaqədartədbirdə deyib.
Onun sözlərinə görə, iclasda Şimal-Cənub Beynəlxalq NəqliyyatDəhlizi çərçivəsində tranzit fəaliyyətlərinin artırılmasıistiqamətində uyğun mexanizmin əldə olunmasına səygöstəriləcək.
F.Sadiq bildirib ki, İran, Azərbaycan və Rusiya bu dəhlizlə ildə15 milyon ton yükün daşınması hədəfinə nail olmağa çalışırlar.
Qeyd edək ki, 21 və 22 yanvarda Tehranda İran və AzərbaycanBirgə İqtisadi Komissiyanın 16-cı iclası keçirilib. İki ölkəarasında iclasın yekinlarına dair əməkdaşlıq sənədi imzalanıb.