AZ

"Trabzonspor" "Şaxtyor"un forvardı ilə gücləndi

"Trabzonspor"u "Şaxtyor"un hücumçusu Daniil Sikan gücləndirib.

90deqiqe.Az-ın məlumatına görə, Qara dəniz klubu 23 yaşlı forvard ilə dörd il yarım müddətinə müqavilə imzalayıb. Super Liqa təmsilçisi bu transfer üçün 6 milyon avro xərcləyib.

Ukraynalı oyunçu bu mövsüm "Şaxtyor"un heyətində bütün yarışlarda 18 oyun keçirib və 4 qol vurub.

Transfermarkt Türkiyənin "Böyük Dördlər" klubuna yeni gələn futbolçunu 6 milyon avro qiymətləndirir. “Trabzonspor” bu mövsüm çempionluq uğrunda mübarizə aparmır. Qara dəniz klubunun cəmi 9-cu yeri və 25 xalı var. Turnir cədvəlində ilk üçlükdəki fərq 12 xaldır.

Seçilən
15
90deqiqe.az

1Mənbələr