Türkiyənin Bolu vilayətində Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş verən yanğında ölənlər arasında eyni ailədən olan 14 nəfər də var.
Bu barədə CNN Türk məlumat yayıb.
Yanğın zamanı Türk Hava Yollarının əməkdaşı Zehra Sena Gültəkin və onun ailə üzvləri – əri, 3 uşağı və 9 qohumu həlak olub.
Qeyd olunduğu kimi, ailə kurorta məktəb tətili zamanı gəlib.
Yanğın baş verən zaman qadın anasına zəng edibvə bağışlanmasını istədi, nəşr yazır.
DOĞRU.AZ