AZ

"Liverpul" 21 yaşlı futbolçu üçün 30 milyon avroluq transfer təklif edib

“Lion” klubunun fransalı futbolçusu Rayan Çerkinin mövsümün sonunda komandasından ayrılmaq ehtimalı var.

Valyuta.az xarici mediaya istinadən bildirir ki, “Liverpul” R.Çerkini transfer etməyə qərarlıdır.

Mersisayd təmsilçisi 21 yaşlı yarımmüdafiəçiyə görə “Lion”a 30 milyon avro ödəməyə hazırdır.

Çerki “Liverpul”a keçid etməyə müsbət yanaşır.

Qeyd edək ki, onun “Lion” ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədər qüvvədədir.

Seçilən
25
valyuta.az

1Mənbələr