Mətbuat yanğının baş verdiyi Türkiyə otelinin söküləcəyini yazıb. Yanğın nəticəsində 79 nəfər həlak olub. Türkiyədə matəm elan edilib.
Türkiyənin Kartalkaya dağ-xizək kurortunda böyük yanğın baş verən otel söküləcək, bu barədə Habertürk telekanalı məlumat yayıb.
Bina 1978-ci ildə tikilib. Ekspertizanın nəticələrinə əsasən qərar qəbul edilib. Yanğından sonra binanın əsas konstruksiyalarına ciddi ziyan dəyib.
Mütəxəssislər ekspertiza apardıqdan sonra otelin sonrakı fəaliyyətinin qeyri-mümkün olduğu qənaətinə gəliblər.