Bavariyada əfqanıstanlı bıçaqla uşaqlara hücum edib – Ölənlər var
Almaniyanın Bavariya əyalətinin Aşaffenburq şəhərində 28 yaşlı kişi Şöntal parkında bir qrup uşağa bıçaqla hücum edib.
Yeniavaz.com xəbər verir ki, alman mətbuatının ilkin məlumatlarına görə, Mərakeşdən olan iki yaşlı uşaq və uşaqları qorumağa çalışan yoldan keçən 41 yaşlı kişi həlak olub.
Şübhəli şəxs dəmir yolu ilə qaçmağa çalışıb və şəhərdə hərəkət bir müddət dayandırılıb, sonra şəxs saxlanılıb.
Bavariyanın daxili işlər naziri Yoahim Herrmann hücum edənin 28 yaşlı Əfqanıstan vətəndaşı olduğunu bildirib. Herrmann əlavə edib ki, hücum edən şəxs psixiatrik müalicə alır.
Almaniya kansleri Olaf Şolts hücumu ağılasığmaz terror aktı adlandırıb: