AZ

Türkiyənin “Grand Kartal” oteli güclü yanğından sonra söküləcək (ƏLAVƏ EDİLİB)

Bakı. Trend:

Türkiyənin Kartalkaya dağ-xizək kurortunda baş verən yanğınnəticəsində 79 nəfərin həyatını itirdiyi “Grand Kartal” otelininsökülməsinə qərar verilib.

Trend “Habertürk”telekanalına istinadən xəbər verir ki, bu qərar TürkiyəninEkologiya, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyininmütəxəssisləri tərəfindən aparılan ekspertiza nəticələrinə əsasənqəbul olunub.

1978-ci ildə tikilmiş 12 mərtəbəli otelin əsaskonstruksiyalarına ciddi ziyan dəydiyi müəyyən edilib. Ekspertizabinanın gələcəkdə istifadəsinin təhlükəli olduğunu sübut edib.

Yanğın yanvarın 21-nə keçən gecə oteldə baş verib. Hadisə zamanıbinada ümumilikdə 238 qonaq olub. Təəssüf ki, 79 nəfər həyatınıitirib. Yanğından sonra Türkiyədə yanvarın 22-si milli matəm günüelan edilib.

xxx

21:35

Türkiyənin Bolu Respublika Baş Prokurorluğu Kartalkaya xizəkmərkəzindəki oteldə baş verən yanğın nəticəsində həyatınıitirənlərin sayının DNT testləri ilə 79-a çatdığını açıqlayıb.

Trend xəbər verirki, Türkiyənin ədliyyə naziri Yılmaz Tunc faciə ilə bağlı 11nəfərin saxlanıldığını bildirib. Saxlanılanlar arasında BoluBələdiyyəsinin yanğınsöndürmə xidməti və idarəsinin rəhbərləri dəvar.

İstintaq çərçivəsində altı respublika prokuroru ilə yanaşı, birsıra aidiyyəti qurumların mütəxəssisləri də prosesə cəlbolunub.

Türkiyənin Səhiyyə Nazirliyi hadisə zamanı yaralananlardan 39nəfərin müalicə olunaraq evə buraxıldığını, 12 nəfərin isə hələ dəmüalicə aldığını açıqlayıb.

Yanğın yanvarın 21-nə keçən gecə oteldə baş verib. Hadisə zamanıbinada ümumilikdə 238 qonaq olub. Təəssüf ki, 79 nəfər həyatınıitirib. Yanğından sonra Türkiyədə yanvarın 22-si milli matəm günüelan edilib.

Seçilən
6
az.trend.az

1Mənbələr