Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2024/2025-ci illər mövsümünün Liqa mərhələsinin 7-ci turuna yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə 9 qarşılaşma baş tutub.
Turun maraqlı görüşlərindən biri Fransanın paytaxtı Parisdə baş tutub. PSJ doğma meydanda “Mançester Siti” ilə qarşılaşıb. İngiltərə çempionu ikinci hissədə 2:0 hesabıyla önə keçsə də, sonradan ardıcıl 4 top buraxmaqla məğlub olub. ÇL-in sonuncu qalibi “Real” evdə “Zalsburq”a böyük hesabla qalib gəlib. İtaliya çempionu “İnter” isə səfərdə “Sparta”nın qonağı olub və tək qolla 3 xala sevinib. London “Arsenal”ı Zaqreb “Dinamo”sunu, “Milan” “Jirona”nı məğlub yola salıb. Almaniya nəhəngi “Bayern” isə səfərdə “Feyenoord”a böyük hesabla uduzub.
Qeyd edək ki, UEFA Çempionlar Liqasında Liqa mərhələsinin sonuncu – 8-ci turunun oyunları yanvarın 30-da keçiriləcək.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 7-ci tur
22 yanvar
“Leypsiq” (Almaniya) – “Sportinq” (Portuqaliya) 2:1
Qollar: Şeşko, 19. Poulsen, 78 – Dyökereş, 75.
“Şaxtyor” (Donetsk, Ukrayna) – “Brest” (Fransa) 2:0
Qollar: Kevin, 18. Sudakov, 37-pen.
“Real” (İspaniya) – “Zalsburq” (Avstriya) 5:1
Qollar: Rodriqo, 23; 34. Mbappe, 48. Vinisius, 55; 77 – Bidstrup, 85.
PSJ (Fransa) – “Mançester Siti” (İngiltərə) 4:2
Qollar: Dembele, 56. Barkola, 61. J.Neves, 78. Q.Ramos, 90+6 – Qriliş, 50; Haland, 53.
“Sparta” (Çexiya) – “İnter” (İtaliya) 0:1
Qol: L.Martines, 12.
“Arsenal” (İngiltərə) – “Dinamo” (Xorvatiya) 3:0
Qollar: Rays, 2. Haverts, 66. Edeqor, 90+1.
“Seltik” (Şotlandiya) – “Yanq Boys” (İsveçrə) 1:0
Qol: Benito, 86-öz qapısına.
“Feyenoord” (Niderland) – “Bayern” (Almaniya) 3:0
Qollar: S.Ximenes, 21; 45+9. Ueda, 89.
“Milan” (İtaliya) – “Jirona” (İspaniya) 1:0
Qol: Leao, 37.