AZ

ÇL: PSJ "Mançester Siti"ni inamla yendi, "Real"dan darmadağın

Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində VII tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, ikinci oyun günündə daha 9 görüş baş tutub. 

PSJ Parisdə "Mançester Siti"ni inamla yenibsə, "Real Madrid" öz meydanında “Zalsburq”u darmadağın edib.

"Feyenoord" "Bayern Münhen"ə futbol dərsi keçib - 3:0. Almaniya nəhənginin gözlənilməz aqibətlə üzləşdiyi gecədə London "Arsenal"ı Zaqreb "Dinamo"sunun sürpriz etməsinə 3 cavabsız qolla imkan verməyib. "İnter" isə səfərdə "Sparta"nı tək qolla üstələyib.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, VII tur
22 yanvar

 

“Leyptsiq” (Almaniya) – “Sportinq” (Portuqaliya) 2:1
Qollar: Şeşko, 19. Poulsen, 78 – Dyökereş, 75.

“Şaxtyor” (Donetsk, Ukrayna) – “Brest” (Fransa) 2:0
Qollar: Kevin, 18. Sudakov, 37-pen.

“Real Madrid” (İspaniya) – “Zalsburq” (Avstriya) 5:1
Qollar: Rodriqo, 23; 34. Mbappe, 48. Vinisius, 55; 77 – Bidstrup, 85.

PSJ (Fransa) – “Mançester Siti” (İngiltərə) 4:2
Qollar: Dembele, 56. Barkola, 61. J.Neves, 78. Q.Ramos, 90+6 – Qriliş, 50; Haland, 53.

“Sparta” (Çexiya) – “İnter” (İtaliya) 0:1
Qol: L.Martines, 12.

“Arsenal” (İngiltərə) – “Dinamo” (Xorvatiya) 3:0
Qollar: Rays, 2. Haverts, 66. Edeqor, 90+1.

“Seltik” (Şotlandiya) – “Yanq Boys” (İsveçrə) 1:0
Qol: Benito, 86-öz qapısına.

“Feyenoord” (Niderland) – “Bayern Münhen” (Almaniya) 3:0
Qollar: S.Ximenes, 21; 45+9. Ueda, 89.

“Milan” (İtaliya) – “Jirona” (İspaniya) 1:0
Qol: Leao, 37.

 

Seçilən
20
7
fanat.az

10Mənbələr