Bakı. Trend:
Filippində 5,7 bal gücündə zəlzələ qeydə alınıb.
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzindən Trend-ə verilən məlumatagörə, yeraltı təkanların episentri təxminən 3,5 min nəfərlikəhalisi olan Liloan şəhərindən 7 km cənub-şərqdə yerləşib.
Zəlzələnin mənbəyi 9 km dərinlikdə olub.
Hadisə nəticəsində tələfat və dağıntılar barədə hələ ki, məlumatverilməyib.