Bakı. Trend:
Almaniyanın "Borussia Dortmund" klubu, "Qalatasaray"ınfutbolçusu Yunus Akgünlə maraqlanır.
Trend-inməlumatına görə, bu barədə Fransanın “L'Équipe” nəşri xəbəryayıb.
Dortmund təmsilçisi, 24 yaşlı vingeri komandadan ayrılacağıgözlənilən Kərim Adeyemi ilə əvəzləmək niyyətindədir. Məlumatagörə, "Borussia Dortmund" Yunus Akgünlə transfer üzrə ilkintəmaslara başlayıb.
Qeyd edək ki, Yunus Akgün “Qalatasaray”ın yetirməsidir. Bumövsüm Türkiyə millisinin üzvü, "sarı-qırmızılar"ın heyətindəmeydana çıxdığı 28 rəsmi matçda 11 qol və 7 məhsuldar ötürmə iləfərqlənib.