AZ

Ədən körfəzində qaçırılan "Galaxy Leader" gəmisinin dənizçiləri azad edildi - Filippin prezidenti

Bakı. Trend:

Filippin Prezidenti Ferdinand Markos 2023-cü ilin noyabrındaƏdən körfəzində qaçırılan "Galaxy Leader" yük gəmisindən 17filippinli dənizçinin azad edildiyini təsdiqləyib.

Trend xəbər verirki, bu barədə Ferdinand Markos X platformasında paylaşım edərəkbildirib.

“Mən Yəməndə bir ildən çox əsirlikdə qaldıqdan sonra 17filippinli dənizçinin və "Galaxy Leader" ekipajının qalanhissəsinin azad edildiyini elan etməkdən məmnunam. Filippinlidənizçilərimiz hazırda Filippinin Maskatdakı səfirliyininhimayəsindədirlər və tezliklə vətənə qayıdaraq yaxınlarınaqovuşacaqlar.”

Xatırladaq ki, yanvarın 22-də Yəməndə Husilərin Ənsar Allahhərəkatı Fələstinin HƏMAS təşkilatı ilə koordinasiya və Omanınvasitəçiliyi ilə "Galaxy Leader" ekipajının sərbəst buraxıldığınıelan etmişdi. Husilərə məxsus Al Masirah telekanalının verdiyiməlumata görə, azad edilən ekipaj üzvləri hazırda Omana təxliyəedilib.

Seçilən
19
az.trend.az

1Mənbələr