AZ

İran Ukraynanın BMT məhkəməsinin yurisdiksiyasına etiraz edib

İran 2020-ci ildə Ukrayna Beynəlxalq Hava Yollarına məxsus Boeing PS752 təyyarəsinin vurulması ilə bağlı məhkəmə proseslərinə ilkin etiraz edib...

Poliqon bu barədə TASS Agentliyinə istinadən xəbər verir.

Sənədə əsasən, İran tərəfi məhkəmənin yurisdiksiyasına və Böyük Britaniya, Kanada, İsveç, Ukraynanın irəli sürdüyü iddianın məqbul olduğuna dair mübahisə edir.

Baş hakimin müavini və prezident səlahiyyətlərini icra edən Julia Sebutinde iddiaçıların ilkin etirazlarda göstərilən arqumentlərə yazılı cavab verməsi üçün son tarix kimi mayın 16-nı təyin etdi. Məhkəmənin reqlamentinə uyğun olaraq, bu etirazlara baxılana qədər işin mahiyyəti üzrə icraatı dayandırılır.

Yanvarın 8-də İsveçin xarici işlər naziri Maria Malmer Stenergaard bildirib ki, onun ölkəsi, Böyük Britaniya, Kanada və Ukrayna İranı Boeing təyyarəsinin vurulmasına görə məsuliyyəti öz üzərinə götürməyə çağırır.

Xatırladaq ki, Ukrayna Beynəlxalq Hava Yollarına məxsus Boeing 737-800 təyyarəsi 2020-ci il yanvarın 8-də Tehran hava limanından qalxdıqdan sonra qəzaya uğrayıb. İran tərəfinin fikrincə, təyyarənin düşmən hədəfi olduğu müəyyən edildiyi üçün fəlakətin günahı hava hücumundan müdafiə sisteminin operatorunun üzərinə düşür.

Poliqon.info

Seçilən
23
1
poliqon.info

2Mənbələr